Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Selçuk Akat ilə görüşdü

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Selçuk Akat ilə görüşdü

02 mart 2018 09:35
Görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. G.Əfəndiyeva, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yenicə fəaliyyətə başlamağına baxmayaraq, türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, xarici ölk-ələrdə təşkil etdiyi konfrans və seminarlardan söz açıb. S.Akat, öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətlərinin mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən məlumatlı olduğunu və Fondun bu səylərini yüksək qiymətləndirdiyini qeyd edib. Fondun fəaliyyətinin bütövlükdə türk dünyası üçün əhəmiyyətinə toxunan S.Akat rəhbəri olduğu Türkiyə-Azərbaycan Biznes Şurasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə gələcək uğurlu əməkdaşlığına inamını ifadə edib. Görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur