Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Xanaim Baktuqulova ilə görüşdü

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Xanaim Baktuqulova ilə görüşdü

17 aprel 2018 09:54
Qırğızıstan XİN-in rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumatlandırılıb. G.Əfəndiyeva rəhbərlik etdiyi Fondun türk dünyası xalqlarının tarixinin, ədəbiyyatının və mədəniyyətinin mühafizəsi və təşviqi istiqamətində fəaliyyətindən söz açıb. O, Fondun üzv ölkələrindən biri olan Qırğızıstanı əhatə edən müxtəlif layihələr, o cümlədən bütün türk dünyasının zəngin mədəni irs nümunələrindən olan Dədə Qorqud, Manas, Koroğlu dastanları ilə bağlı layihələr barədə məlumat verib. Günay Əfəndiyeva böyük qırğız yazıçısı Çingiz Ay-tmatovun 90 illik yubileyi ilə bağlı Fond tərəfindən keçirilməsi planlaşdırılan tədbirlər barədə də danışıb. Bakıda ilk dəfə səfərdə olan Xanaim Baktuqulova paytaxtımız haqqında təəssüratlarını heyranlıqla danışıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, onların Qırğızıstan xalqı üçün əhəmiyyətini vurğulayıb. X.Baktuqulova, həmçinin Fondun həyata keçirdiyi layihələrə Qırğızıstan hökuməti tərəfindən hərtərəfli dəstək veriləcəyini qeyd edib. Görüşdə birgə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur