Günay Əfəndiyeva Azәrbaycan Parlamentinin 100 illiyi münasibәtilә iclasda iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Azәrbaycan Parlamentinin 100 illiyi münasibәtilә iclasda iştirak edib
21 sentyabr 2018
11:17
21 sentyabr 2018-ci il tarixində Milli Mәclis Azәrbaycan Parlamentinin 100 illiyi münasibәtilә tәntәnәli iclas keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirdə iştirak edib.
Milli Məclisin Sədri Oqtay Əsədov açılış nitqi ilə çıxış edərək, təntənəli iclasda iştirak etdiklərinə görə xarici ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
Milli Məclisin sədri qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı. “Demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb”, - deyə sədr vurğulayıb.