Günay Əfəndiyeva Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumunda iştirak etdi
Xəbərlər
Günay Əfəndiyeva Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumunda iştirak etdi
30 may 2018
10:13
Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.
Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərbərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva cıxış edərək tarixən türk qadınının mənəvi, əxlaqi keyfiyyətləri ilə seçildiyini, milli mənəvi dəyərlərin formalaşmasında fəal rol oynadığını bildirib, təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb.