Günay Əfəndiyeva Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda iştirak etdi

Xəbərlər

Günay Əfəndiyeva Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda iştirak etdi

15 sentyabr 2018 11:10
15 sentyabr 2018 - Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib. Beynəlxalq Türk Mədəniyyeti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva da paradda iştirak edib. Bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur