Günay Əfəndiyeva ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali arasında Astanada görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali arasında Astanada görüş keçirildi

22 fevral 2018 19:11
22 fevral 2018 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Türk Akademiyası arasında görüş əməkdaşlıq məsələləri müzakirə olunubBeynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı gələcək layihələr, o cümlədən III “Böyük Çöl” Humanitar Forumu, Azərbaycan Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirə hazırlıq, Monqolustanda ekspedisiya, arxeoloji qazıntıların aparılması haqqında ətraflı məlumat verib. O, bu layihələrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. D.Kıdırali Türk milli mirasının siyahısının hazırlanması, Türk muzeylərinin təşkili üzərində çalışdıqlarını diqqətə çatdırıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, məqsədləri barədə geniş məlumat verib. Fondla Akademiya arasında əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edən Günay Əfəndiyeva Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanının əhəmiyyətini vurğulayıb. Türkdilli ölkələri birləşdirən beynəlxalq təşkilatların birgə əməkdaşlığının yüksək nəticələr əldə edəcəyinə əmin olduğunu bildirən Günay Əfəndiyeva bu il bir neçə kitabın işıq üzü görəcəyini də deyib. Görüşdə türk dünyası ilə bağlı mədəniyyət və ədəbi məsələlər ətrafında müzakirə aparılıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Günay Əfəndiyeva Türk muzeyi və Türk Kitabxanasındakı qədim türk kitabları ilə tanış olub.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur