Günay Əfəndiyeva ilə İzmir şəhər Bələdiyyə başçısı arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə İzmir şəhər Bələdiyyə başçısı arasında görüş keçirildi

21 noyabr 2018 09:26
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İzmir şəhər Bələdiyyə başçısı Əziz Kocaoğlu ilə görüşüb. görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb. Ə.Kocaoğlu Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirərək qurumun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib. Görüşdə əməkdaşlıq çərçivəsində gələcəkdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub. Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur