Heydər Əliyev Mərkəzində Astananın paytaxt elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi keçirildi

Xəbərlər

Heydər Əliyev Mərkəzində Astananın paytaxt elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi keçirildi

06 iyul 2018 10:45
06 iyul 2018 - Heydər Əliyev Mərkəzində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunan fotosərginin açilişinda iştirak edib. Fotosərgi Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun bi-rinci müavini Adil Kərimli Mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. O, Astananın 20 illiyinə həsr edilən layihənin iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verdiyini qeyd edib. “Layihə Heydər Əliyev Fondu və Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun birgə əməkdaşlığı çərçivəsində planlaşdırılan tədbirlərdən biridir. Bu əməkdaşlığın məqsədi ölkələrimizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliğinin genişləndirilməsi, çoxəsrlik əlaqələri olan xalqlarımızın daha da yaxınlaşdırılmasıdır”, - deyən Adil Kərimli bildirib ki, sərgidə təqdim olunan əsərlər hər bir ziyarətçidə Astana haqqında xoş təəssürat yaradacaq. Qeyd edək ki, sərginin açılışı əlamətdar tarixə təsadüf edir. Hər il 6 iyul Paytaxt Günü Qazaxıstanda bayram kimi qeyd olunur. Müasirliyi və gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Astananın coğrafi baxımdan da əlverişli mövqedə yerləşdiyini deyən Qazaxıstan Respublikasının Bi-rinci Prezidenti – Elbası Fondunun icraçı direktorunun müavini İqor Roqov bildirib ki, Qazaxıstan paytaxtının arxitekturası, eyni zamanda, milli mədəniyyəti, ənənələri tam əks etdirir. “Ölkəmizin möhtəşəm bayramını - paytaxtımızın yubileyini qeyd etdiyimiz zamanda Heydər Əliyev Fondu sayəsində biz Astanaya həsr olunmuş sərgini də məhz Azərbaycanda təqdim edirik. Bu, bizim üçün çox dəyərlidir. Hesab edirəm ki, bu sərgi vasitəsilə azərbaycanlı həmkarlarımız və dostlarımız Qazaxıstanın paytaxtı haqqında ətraflı məlumat ala biləcəklər”, - deyə Elbası Fon-dunun icraçı direktorunun müavini qeyd edib. Sonra ziyarətçilər sərgi ilə tanış olublar. Ekspozisiyada Qazaxıstan paytaxtının müxtəlif tikililərinin fotosu təqdim edilib. Onların arasında planetin 90 epik binası siyahısına daxil edilmiş, Astananın əsas brendi sayılan “Bayterek”, Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı – “Ak Orda”, Astanadakı Ekspo Mərkəzindəki ən qeyri-adi binalardan biri – kürəşəkilli “Nur Alem” kimi memarlıq nümunələri var. Astana şəhərinin nadir tikililəri sırasında tanınmış britaniyalı memar Norman Fosterin layihə müəllifi olduğu binalar – “Sülh və razılıq sarayı” (“Piramida”), dünyanın çadırşəkilli ən böyük binası kimi Ginnesin Rekordlar Kitabına düşmüş “Xan Şatır” ticarət-əyləncə kompleksi və Nazarbayev Mərkəzinin binası da var. Sərgidə qonaqlara Astana şəhərinin paytaxt elan edilməsinin 20 illiyinə həsr olun-muş “Astanada bir gün” və Burabay Milli Dövlət Təbiət Parkından bəhs edən “Burabayda bir gün” fotoalbomları təqdim olunub. Hər iki nəşr Qazaxıstan Respu-blikasının Birinci Prezidenti – Elbası Fondunun sifarişi ilə hazırlanıb. Birinci albomda Astananın görməli məkanları və ultramüasir binaları, onların memarlıq quruluşu və texniki xüsusiyyətləri ilə tanış olmaq olar. İkinci nəşr isə “Qazaxıstanın İsveçrəsi”nin - “Burabay” milli parkının gözəlliklərini əks etdirir. Açılış mərasimində, həmçinin Qazaxıstanın “Turan” etno-folklor ansamblı konsert proqramı ilə çıxış edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur