Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimi keçirildi...

Xəbərlər

Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimi keçirildi

19 oktyabr 2018 11:28
Oktyabrın 19-u Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində 15 min kitabın təqdimatı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mötəbər aksiyaya görə təşkilatçılara təşəkkürünü bildirərək ölkəmizə gətirilmiş on beş min kitabdan şəhər və rayon kitabxanalarının oxucularının faydalana biləcəyini söyləyib. Professor Kərim Tahirov çıxışında bu kitabların 2 min nüsxəsinin Milli Kitabxanaya hədiyyə edildiyini və çox az bir qisminin burada sərgiləndiyini bildirib. Tədbirdə iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələrindən danışıb. O, çıxışında bu aksiyanı yüksək qiymətləndirib və bu cür layihələrin davamlı olmasını arzulayıb. Tədbirin sonunda Günay xanım Əfəndiyeva medalla təltif olunub.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur