“Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsi çərçivəsində “Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” mövzusunda sərgi keçirildi...

Xəbərlər

“Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsi çərçivəsində “Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” mövzusunda sərgi keçirildi

22 may 2018 10:06
Sərginın açılışında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva iştirak edib. Tədbir MATM ilə Qazaxıstan Respublikası Milli Muzeyi tərəfindən reallaşdırılıb. Açılış mərasimində MATM-ın direktoru, akademik Nailə Vəlixanlı ölkələrimiz arasın-dakı elmi, mədəni əlaqələrin əhəmiyyətindən danışıb, təşkil olunan sərgi ilə bağlı fikirlərini bildirib. Qazaxıstan Respublikası Milli Muzeyi direktorunun müavini Abay Satubaldin təmsil etdiyi qurumun fəaliyyəti, nadir eksponatları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Akademik Şahin Mustafayev, qazaxıstanlı professor Zeynolla Samaşev elmi əlaqələrin genişləndirilməsinin önəmli məsələ olduğunu söyləyiblər. Eyni zamanda, “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb. Sonra tədbir iştirakçıları sərgi il tanış olublar. Sərgidə ilk dəfə Azərbaycana gətirilmiş Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi nümayiş etdirilir. Məşhur “Qızıl adam” Qazaxıstanın tarixi rəmzlərindən biri olub, qızıldan hazırlanan paltar geymiş sak döyüşçüsünün simvoludur. İyulun 1-dək davam edəcək sərgidə Qazaxıstan Respublikasının Milli Muzeyində saxlanılan gümüş qadın bəzəklərinin kolleksiyası da təqdim olunur. Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu 30 may 2018 Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub. Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərbərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva cıxış edərək tarixən türk qadınının mənəvi, əxlaqi keyfiyyətləri ilə seçildiyini, milli mənəvi dəyərlərin formalaşmasında fəal rol oynadığını bildirib, təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur