Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda oldular
Xəbərlər
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda oldular
19 noyabr 2019
16:26
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər.
Qonaqlar əvvəlcə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda türk dünyasının tarixindən, mədəniyyət və irsindən bəhs edən eksponatlarla tanış oldular.
Qonaqları salamlayan Fondun prezidenti Günay Əfəndiyeva, Fond haqqında məlumat verdi. Bildirdi ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilmişdir. O, bu ilin oktyabr ayıında Bakida kecirilən Türkdilli Dövlətlərin Əməkdaşliq Şurasinin VII Zirvə toplantısı cərcivəsində Fondun binasının rəsmi acıliş mərasimində uzv ölkələrin xarici işlər nazirlərinin və beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakıyla gərçəkləşdiyini söylədi.
Günay xanım Əfəndiyeva, görüşdə iştirak edən Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislava mütəfəkkir və yazıçının həyatından danışdı. Ağır həyat sürdüyünə baxmayaraq, əsərlərindəki incə yumorla xalqının təfəkküründə işıq yandırmaq istədiyini bildirdi. Fondun məqsədi fəaliyyət, layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi vasitəsilə türkdilli xalqların mədəniyyəti və irsinin öyrənilməsi, qorunması və təşviq edilməsindən danışan Günay Əfəndiyeva, Mirzə Cəlilin yubiley ili çərçivəsində xarici ölkələrdə, o cümlədən Polşada da yubiley tədbirlərinin keçirilməsini təklif etdi.
Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün olan böyük əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu ocaq türk dünyasının və dünyanın mədəni tədbirləri üçün gözəl bir yerdir. Burada keçirilən tədbirlər Türk xalqlarının daha da birləşməyinə xidmət edəcək.
TÜRKSOYun baş katibinin müavini Bilal Çakıçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ilk gəlişinin böyük mütəfəkkirin xatırlandlığı günlərə təsadüf etdiyindən məmnun olduğunu ,türk xalqlarının bu ocağında türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görüləcəyinə inandığını dedi. Eyni zamanda, TURKSOY bu istiqamətdə apardığı işlərdən bəxs etdi.
Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə tərcümə edən yazıçı Hemidulla Baltabayev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna Özbəkistanın bu ildən etibarən Fondun üzv olmaqınan məmnunluqu dilə qətirdi. Tədbirin digər qonağı Bolqarıstan Elmlər Akademiyyasının Ədəbiyyat İnstitutunun nümayəndəsi İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Söylədi ki, belə əməkdaşlıqdan mədəniyyətlər və ədəbiyyatlar güclənəcək.