Eun Kyung Oh ilə Günay Əfəndiyeva arasında görüş keçirildi

Xəbərlər

Eun Kyung Oh ilə Günay Əfəndiyeva arasında görüş keçirildi

20 mart 2019 15:56
Cənubi Koreyalı tanınmış türkoloq alim, Dongduk Qadınlar Universiteti nəzdində Avrasiya Türk Araşdırmaları İnstitutunun qurucusu və direktoru və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib. Görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun Türk Dünyasına xas irs və mədəniyyətin mühafizəsi və təbliği ilə bağlı həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Professor E.Oh Fondun bütövlükdə Türkdilli xalqlara məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Görüş zamanı yaxın zamanda tərəflər arasında davamlı tərəfdaşlığı təşviq edən və elmi və tədqiqat sahəsində əməkdalığın inkişafını planlaşdırılan Anlaşma Memorandumunun imzalanması müzakirə edilib. Memorandum özündə akademik materialların mübadiləsini, nəşrini, elmi və mədəni mübadilə və proqramların və mövcud sahələr üzrə işçi heyətin əməkdaşlığının inkişafını təbliğ edir. Qeyd edilməlidir ki, Dongduk Qadınlar Universiteti nəzdində Avrasiya Türk Araşdırmaları İnstitutu Yeni İpək Yolu ilə bağlı təşəbbüslərin Avrasiya regionunda məskunlaşan türklərin tədqiqinə olan ehtiyacı artırdığı bir məqamda Avrasiya və İpək Yolunda mühüm rol oynayan Türklərin tədqiqini həyata keçirmək məqsədilə 2016-cı ilin fervralında yaradılmışdır. İnstitut Avrasiya Türk Tədqiqatları və dünyadakı digər universitet və tədqiqat institutları ilə əmakdaşlıq etməyi hədəfə alır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur