Günay Əfəndiyeva Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu direktoru Dmitriy Voyak ilə görüşdü
Xəbərlər
Günay Əfəndiyeva Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu direktoru Dmitriy Voyak ilə görüşdü
15 noyabr 2019
16:22
Günay Əfəndiyeva Fondun türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. G.Əfəndiyeva həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyası tarixi-mədənin irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrindən, xarici ölkələrdə təşkil etdiyi konfrans, seminarlardan söz açıb.
D.Voyakin türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayıb və Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun əsas məqsədi dunya birliyinin diqqətini Orta Asiyanın tarixi və mədəni problemlərinə yönəltmək naminə coxşaxəli araşdırmalar vasitəsiilə yerli və xarici mütəxəsislər arasındaki əməkdaşlığın gücləndirilməsini təmin etməkdir. Türk və Orta Asiya ölkələrin tərəflər arasında birqə əməkdaşlıq memorandum imzalamaq qərarı verildi. Memorandumun əsasən arxiv materiallarının birgə öyrənilməsini, həmçinin sosial elmlərin və mədəniyyətin təbliğini əhatə edir.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu tədqiqat təşkilatı arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilmişdir. Həmçinin görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev iştirak edib.