Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas arasında görüş keçirildi
Xəbərlər
Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas arasında görüş keçirildi
26 sentyabr 2019
16:16
Rəhbərlik etdiyi Fondun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söz açan G.Əfəndiyeva Litvada yaşayan kiçik saylı türkdilli xalqlar-karaimlərin mədəni irsinin qorunmasının vacibliyindən və bu sahədə bir çox elmi araşdırmaların aparılmasının, tarixi-mədəni irsin mühafizəsi və təbliği üçün görülən işlərin əhəmiyyətindən bəhs edib.
E. Navikas Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulamış, yaxın gələcəkdə Litva ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. E.Navikas Litvada multikultural dəyərlərə böyük önəm verildiyini, türk mədəniyyəti və irsinin daha da təbliğ edilməsinin önəmini qeyd etmişdir.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilmişdir.