Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirildi
Xəbərlər
Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirildi
14 oktyabr 2019
12:00
Bakıda Türk Dilli Dövlətlərin Əməkdaşlıq şurası VII zirvə sammiti çərçivəsində türk şurası ölkələrinin xarici işlər nazirlərinin iclası baş tutub. Azərbaycanın sədrliyi ilə keçirilən iclasda Özbəkistan ilk dəfə tam hüquqlu üzv kimi iştirak edib. Tərəflər iqtisadi , mədəni əlaqələri müzakirə edib. Görüş çərçivəsində Qazaxıstan və azərbaycanlı nazirlərin imzaladığı protokola əsasən, iki ölkə arasında vizasız səfər müddəti uzadılıb.
Türk Dilli Dövlətlərin Əməkdaşlıq şurasının 7-ci zirvəsi toplantısı sabah Bakıda baş tutacaq. Bu sammit çərçivəsində isə Türk Şurası ölkələrinin xarici işlər nazirləri bu gün Bakıda bir araya gəlib. Görüşdə Şuraya sədirlik Azərbaycana keçib və ilk dəfə olaraq Özbəkistan tam hüquqlu üzv kimi iştirak edib.
Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin 10 illiyi münasibəti ilə keçirilən görüşdə tərəflər mədəni, iqtisadi sahədə əməkdaşlığı müzakirə edib.