Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi

15 oktyabr 2019 11:29
Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamladı. Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış etdi. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış etdi. Dövlətimizin başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim etdi. Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış etdilər. Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı. Daha sonra sənədlərin imzalanması mərasimi oldu. Sonda Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə yekun nitqi ilə çıxış edib,
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur