Abay Kunanbayevin 175 illik və Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub

Xəbərlər

Abay Kunanbayevin 175 illik və Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub

15 dekabr 2020 19:32
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Abay Kunanbayevin 175 illik və Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin yaxından iştirakı ilə Türk dünyasının iki nəhəng siması: Qazaxıstanın böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 175 illik və Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operrettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub. Markaların çapı İspaniyanın böyük teleqraf şirkəti Correos (Sociedad Estatal Correos y Telégrafos, S.A.) tərəfindən həyata keçirilib. Abay Kunanbayev və Üzeyir Hacıbəyovun təsvirlərini, qələm nümunələrini, eləcə də Türk Dünyasının mədəni dəyərlərini, milli musiqi alətlərini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb. Markaların çapı Türk Dünyasının dahi sənətkarlarını daha geniş beynəlxalq auditoriyalarla tanış etmək məqsədi daşıyır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur