Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Şəhidlərə Allahdan rəhmət diləyir
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Şəhidlərə Allahdan rəhmət diləyir
04 dekabr 2020
19:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Şəhidlərə Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verir.
Vətənin azadlığı naminə gözünü qırpamadan canlarını qurban verən Azərbaycan xalqının hər bir qəhrəman övladı şanlı Zəfər tarixində silinməz izlər buraxmışdır.
Azərbaycanın əzəli torpaqlarının qaytarılmasında şücaət göstərən Vətənin igid və cəsur oğulları bütün dünyaya Azərbaycanın, bütövlükdə Türk Dünyasının gücünü, əzmini bir daha sübut etmişdir.