Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir
09 noyabr 2020
13:48
Bugün 09.11.2020 il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu ölkələrindən biri olan Azərbaycan Respublikası qürur mənbəyi, milli təfəkkür məfkurə və müstəqilliyin rəmzi sayılan, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə elan olunan Bayraq Günü bayramını qeyd edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu əzəmətli, möhtəşəm və zəfərlərlə dolu gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, müqəddəs üçrəngli bayrağın Azərbaycanın bütün torpaqlarında ucalmasını diləyir.