Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təxribat nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təxribat nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir

12 iyul 2020 17:33
12 iyul 2020-ci il tarixində Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimi Ermənistan tərəfindən növbəti dəfə pozulmuşdur. Xaincəsinə artilleriya atəşi nəticəsində Azərbaycan ordusunun 4 hərbçisi şəhid olmuşdur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təxribat nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir. Ermənistan birdəfəlik anlamalıdır ki, Azərbaycan öz ərazisinin 20 % -nin işğalı ilə hec zaman barışmayacag və ərazi bütövlüyünü bərpa edəcəkdir!
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur