"Erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir"-Günay Əfəndiyeva

Xəbərlər

"Erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir"-Günay Əfəndiyeva

12 oktyabr 2020 14:32
Ermənistanın Vardenis rayonunundan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində dinc əhali arasında 9 insan həlak olmuş, azyaşlı uşaqlar da daxil 30-dan çox mülki şəxs ciddi bədən xəsarəti almış, xeyli dərəcədə dağıntılar olmuşdur. Bu terrorizm aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə ortaya qoyur. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir. Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur