Günay Əfəndiyeva Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı Gəncəyə səfərdə iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı Gəncəyə səfərdə iştirak edib
17 oktyabr 2020
14:12
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı 17.10.2020 il tarixində Azərbaycan Respublikası Prezident Aparatı tərəfindən təşkil olunan Gəncə şəhərinə səfərdə iştirak edib. Səfərin məqsədi Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət izləri ilə yerində tanış olmaq və bu faktları əyani şəkildə dünya ictimaiyyətinə çatdırmaq idi.
Daha sonra Gəncədə mövcud hadisələrlə bağlı brifinq keçirilib. Brifinqdə Ermənistan Silahli Qüvvələrinin Gəncənin dinc əhalisini ağır artilleriyadan atəşə tutması nəticəsində 16 nəfərin həlak olduğu, 50-dən çox insanın ağır bədən xəsarəti aldığı qeyd olunub. Ölən və yaralananlar arasında çoxlu azyaşlı uşaqların və qadınların da olduğu bildirilib.
Səfərdə Azərbaycandakı diplomatik korpusun nümayəndə heyətlərinin rəhbərləri: səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, hərbi attaşelər iştirak edib. Onlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül düzüblər.