Günay Əfəndiyeva həmkarları və Milli Məclisin deputatı ilə bərabər ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlər

Günay Əfəndiyeva həmkarları və Milli Məclisin deputatı ilə bərabər ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib

18 noyabr 2020 13:34
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva həmkarları TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, eləcə də Milli Məclisin deputatı Cavanşir Feyziyev Birinci Fəxri xiyabana gedərək, Azərbaycanın zəngin dövlətçilik tarixində xüsusi yeri və rolu olan ümumilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Daha sonra beynəlxalq təşkilatların rəhbərləri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların məzarlarını və türk şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlik kitabəsini ziyarət edib, üzərinə qərənfillər düzüblər.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur