Günay Əfəndiyevanın Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı Bəyanat yaydı

Xəbərlər

Günay Əfəndiyevanın Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı Bəyanat yaydı

27 sentyabr 2020 14:47
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı Bəyanatı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu cari ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycan-Ermənistan sərhəddində atəşkəs rejimini növbəti dəfə pozduğunu, Azərbaycanın tarixi torpaqlarında hərbi təxribatların aparılması, mədəni irsinin, o cümlədən tarixi, dini abidələrinin təhqir və məhv edilməsi, mütəmadi olaraq dinc əhalinin atəşə tutulması istiqamətində apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qəbul olunan müvafiq qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın öz əzəli torpaqları uğrunda apardığı haqlı siyasətini dəstəkləyir və dünya ictimai birliyini Ermənistanın təcavüzkar siyasətinə adekvat münasibət bildirməyə çağırır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara acil şəfalar diləyir. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur