Türk dünyası muzeylərinə virtual ziyarət təşkil ediləcək

Xəbərlər

Türk dünyası muzeylərinə virtual ziyarət təşkil ediləcək

15 may 2020 18:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 18-24 may 2020-ci il tarixlərində “Türk Dünyası Muzeylərinin Həftəsi” keçiriləcəkdir. Layihə çərçivəsində mayın 18-24 tarixləri arasında həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənçlər üçün virtual ekskursiya təşkil ediləcəkdir. Muzeylərlə tanışlıq proqramının açılışı 18 may Azərbaycan Milli Xalça Muzeyi, 19 may Qazaxıstan Respublikası Milli Muzeyi, 20 may Qırğızıstan Milli İncəsənət Muzeyi, 21 may Türkiyə Troya Muzeyi, 22 may Özbəkistan Dövlət Tarix Muzeyi, 23 may Macaristan Milli Muzeyi ilə dəvam etdiriləcək və 24 may tarixində məktəblilər üçün Muzey Həftəsinin rəsmi bağlanışı ilə yekunlaşdırılacaqdır. Bu müddət ərzində gənç tamaşaçılar qədim tarixə və zəngin mədəniyyətə malik olan Türk dövlətlərinin məşhur muzeylərini onlayn səyahət edə biləcəklər. Proqramın məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası muzeyləri ilə tanış etmək, gəncləri Türk ölkərinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etməkdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur