“Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verildi
Xəbərlər
“Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verildi
18 may 2020
18:44
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verildi!
18.05.2020 il tarixində onlayn platformada təşkil edilən Həftənin açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultanzadə, layihəyə cəlb olunan türkdilli ölkələrin muzeylərinin rəhbərləri, elecə də çox sayıda məktəblilər iştirak etdilər.
Rəsmi hissədən sonra məktəblilər Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahət edərək, orada sərgilənən eksponatlarla tanış oldular.
Layihə çərçivəsində mayın 18-24 tarixləri arasında həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənçlər üçün virtual ekskursiyaların təşkili nəzərdə tutulub. Proqram 19 may Qazaxıstan Milli Muzeyi, 20 may Qırğızıstan Milli İncəsənət Muzeyi, 21 may Türkiyə Troya Muzeyi, 22 may Özbəkistan Dövlət Tarix Muzeyi, 23 may Macaristan Milli Muzeyi ilə dəvam etdiriləcək və 24 may tarixində Muzey Həftəsinin rəsmi bağlanışı ilə yekunlaşdırılacaqdır.