Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalandı
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalandı
03 fevral 2021
19:44
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycan Respublikasında və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas imzalayıblar.
Memorandumun imzalanması qarşılıqlı mədəni mübadilələrin həyata keçirilməsi, Litvanın türk etnik kökənli azsaylı xalqlarının - tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədi daşıyır.