Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans keçirildi

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans keçirildi

27 may 2021 18:04
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib. Tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğız Respublikasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Muhammed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev və tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev çıxış edərək, layihəni yüksək qiymətləndirib , Böyük İpək Yolunun Türk Dünyası ölkələrinin mədəni, ictimai, iqtisadi həyatına təsirlərindən söz açıblar. Tədbirin sonunda Fondun prezidenti Günay Əfəndiyeva tərəfindən “Azərbaycan İpək Yolu üzərində” adlı kitabın hazırlanmasında xidmətlərinə görə alimlərə Təşəkkünamələr təqdim olunub və qonaqlarla birgə xatirə şəkili çəkilib. Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Monoqrafiyanın hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur