Günay Əfəndiyeva Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş mərasimdə iştirak etdi

Xəbərlər

Günay Əfəndiyeva Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş mərasimdə iştirak etdi

21 dekabr 2021 17:38
Azərbaycanın görkəmli uşaq şairi Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş “Arazdan Turana” virtual konfransın materiallarından ibarət məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyində təşkil olunub. Topluya cari ilin mart ayında keçirilən konfransda iştirak edən beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin, millət vəkillərinin, tanınmış mədəniyyət və elm xadimlərinin çıxışları daxil edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimat mərasimində çıxış edərək, milli uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb. Günay Əfəndiyeva çap olunan kitabı şairin yaradıcılığına göstərilən xüsusi diqqət olaraq qiymətləndirərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu səpkidə keçirilən müxtəlif layihələrə dəstək verməyə hazır olduğunu bildirib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur