Günay Əfəndiyeva Alfredo Nieves Portuondo ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Alfredo Nieves Portuondo ilə görüşüb

17 dekabr 2021 17:43
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Kuba Respublikasının Azərbaycan Respublikasındakı, Özbəkistan Respublikasındakı, Türkmənistandakı və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb. Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə məlumat verərək, Türk xalqların çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb. Günay Əfəndiyeva Fond ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında yaranan yeni əməkdaşlıq əlaqələrinin müxtəlif xalqların ümumbəşəri dəyərlərinin tanıdılmasına xüsusi töhfələr verəcəyinə inandığını qeyd edib. Kuba Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı işləri yaxından izlədiyini qeyd edib. Səfir Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız Türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğunu təqdir edərək, təşkilatı, eyni zamanda, dünya xalqlarının mədəniyyətlərini bir-birinə yaxınlaşdıran körpü kimi qiymətləndirib. Görüş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kuba arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi ilə davam edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur