Günay Əfəndiyeva Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş onlayn konfransda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş onlayn konfransda iştirak edib

24 mart 2021 19:04
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” adlı onlayn konfransda iştirak edib. Tədbirdə çıxış edən Günay Əfəndiyeva şairin çoxşahəli fəaliyyəti ilə yanaşı türkçülük istiqamətində xidmətlərindən danışıb: “Abdulla Şaiq ümumtürk ruhunda məktəblərin açılmasının tərəfdarı idi. Onun həmin məktəblərdə yetişdirdiyi şagirdlər sonralar bütün türk dünyasının görkəmli şəxsiyyətlərinə çevrildi. “Türk ocaqları”nın yaradılmasına təşəbbüs göstərən şairin şeirlərində türkçülük xətti üstünlük təşkil edirdi”. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq türkdilli əməkdaşlıq təşkilatlarının rəhbərləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri, elm adamları və alimlər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur