Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edib
Xəbərlər
Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edib
06 mart 2021
19:21
6 mart 2021-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş Füzuli, Qubadlı və Laçın rayonlarına səfər edib.
Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusun rəhbərlərinin və hərbi attaşelərin tarixi Azərbaycan torpaqlarına ziyarəti çərçivəsində baş tutub.
Səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər iştirak ediblər.
Diplomatlar səfər zamanı işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəni irsinə qarşı törədilmiş cinayət izlərin şahidi olublar.
Günay Əfəndiyeva digər diplomatlarla yanaşı Füzulinin tarixi Merdinli məscidinin dağıdılmış və təhqir olunmuş vəziyyəti, Qubadlıda ekoloji terrorun izləri, həmçinin Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi və Laçında “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə tanış olub.