Günay Əfəndiyeva Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovla görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovla görüşüb

19 avqust 2021 17:00
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovla görüşüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib. Görüşdə Günay Əfəndiyeva Ağalar Atamoğlanovu Qazaxıstana səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın təşkilat ilə Fondun üzv ölkələri Azərbaycan ilə Qazaxıstan arasında olan əməkdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inandığını vurğulayıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qurumun üzv ölkələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların zəngin tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda Fond ilə Azərbaycan və Qazaxıstan arasında olan mövcud tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, daha çox birgə layihələrin keçirilməsinin önəmindən söz açıb. Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur