Günay Əfəndiyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər edib
Xəbərlər
Günay Əfəndiyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər edib
06 fevral 2021
19:38
6 fevral 2021-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.
Ziyarət Azərbaycanda akkreditə olunan səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin və hərbi attaşelərin bu şəhərlərə səfəri çərçivəsində baş tutub.
Səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər iştirak ediblər.
Səfər zamanı diplomatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə yaxından tanış olublar.
Diplomatlar Cəbrayılda qədim qəbirstanlığın, Mədəniyyət Evinin, keçmiş “ Çinar “ çay evinin, eləcə də Zəngilanda şəhər məscidinin, Mincivan dəmir yolu stansiyasının qalıqlarını ziyarət edərək, vandalizm əməllərinin canlı şahidi olublar. Cəbrayıl şəhərində Dünya şöhrətli fotoqraf Reza Diqqəti işğaldan azad olunmuş ərazilərdə çəkdiyi şəkilləri nümayiş etdirərək, bu cinayətləri misligörülməmiş barbarlıq adlandırıb.
Eyni zamanda Günay Əfəndiyeva digər diplomatlarla yanaşı Böyük İpək Yolunun kəsişməsində yerləşən, Azərbaycan və dünya mədəni irsinin zəngin nümunələrindən olan, XI-ci əsrin memarlıq incisi Xudafərin körpüsünə səfər edib.