Günay Əfəndiyeva: "Forumun mövzusu bizim üçün aktual maraq kəsb edir"

Xəbərlər

Günay Əfəndiyeva: "Forumun mövzusu bizim üçün aktual maraq kəsb edir"

02 dekabr 2021 17:49
Belə bir mühüm qlobal çağırış təşəbbüsünə və bu kampaniyaya dəstək verən hər kəsə, xüsusilə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu platforma mədəni irsin qorunmasına, münaqişə zonalarında həyatın dirçəlməsinə və ən dəyərli ideallarımızın əldə olunmasına kömək edəcəkdir. Bizim beynəlxalq təşkilatımız üçün bu çağırış böyük əhəmiyyətə malikdir və bu gün mən bu işə dəstəyimizi rəsmən bəyan edirəm. Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib. Mədəniyyətlərarası Dialoq mövzusunun Azərbaycan üçün həmişə əhəmiyyətli olduğunu söyləyən Fondunun prezidenti bildirib ki, hələ 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyətlərarası Dialoq Təşəbbüsünü – “Bakı prosesi”ni irəli sürmüşdü. Azərbaycanın bu cür qlobal proseslərə yardımının əsası dini icmaların, etnik qrupların müxtəlifliyində, eləcə də tarixən Azərbaycan ərazisində təşəkkül tapmış mədəni müxtəliflikdə öz əsasını təşkil edir. Müxtəlif xalqların nümayəndələri burada əsrlər boyu sülh və həmrəylik şəraitində yaşamışlar. Məhz buna görə də Azərbaycan sivilizasiyaların qovuşduğu çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınır. Günay Əfəndiyeva deyib: “Forumun mövzusu bizim üçün aktual maraq kəsb edir, çünki təşkilat böyük "türk ölkələri Böyük İpək Yolu üzərində" layihəsini həyata keçirir. Əslində biz, beynəlxalq təşkilatların nümayəndələri mədəni irsin gələcək nəsillərə çatdırılması, öyrənilməsi, təbliği və ötürülməsi yolu ilə müxtəlif mədəniyyətlər arasında lazımi dostluq əlaqələri yaratmalı, digər sivilizasiyalarla qarşılıqlı fəaliyyət göstərməli, paralellər aparmalı və təmas nöqtələri tapmalıyıq”.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur