Günay Əfəndiyeva Türk Şurasının onlayn formatda baş tutmuş qeyri-rəsmi Zirvə Görüşündə iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Türk Şurasının onlayn formatda baş tutmuş qeyri-rəsmi Zirvə Görüşündə iştirak edib

30 mart 2021 18:51
Türk Şurasının onlayn formatda baş tutmuş qeyri-rəsmi Zirvə Görüşü keçirilib. Türk Şurasının Fəxri Sədri və Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdimuhamedov, Macarıstanın Baş Naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış ediblər. Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən Türkistan Bəyannaməsi qəbul olunub. Bəyannaməyə əsasən, Türkistan Türk dünyasının mənəvi paytaxtı elan edilib. Eyni zamanda, Türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş məşhur şairlər, filosoflar və dövlət xadimləri – Yusif Balasaqunlunun 1005-ci ildönümü, Nizami Gəncəvinin 880-ci ildönümü, Yunus Əmrə və Türk dili ilini, Əlişir Nəvainin 580-ci ildönümü, Jambul Jabayevin 175-ci ildönümü, Əlixan Bokeixanın 155-ci ildönümü və Hüseyn Karasayevin 120-ci ildönümünün qeyd olunması ilə bağlı əlaqələndirilmiş tədbirlərin Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə keçirilməsi üçün üzv dövlətlərin müvafiq qurumlarına tapşırıq verilib. Zirvə Görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur