Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşdü

21 aprel 2021 18:32
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşmüşdür. Görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu qurumun fəaliyyətindən bəhs edərək, Fondun qurucu üzv ölkələri olan Türkiyə və Azərbaycan münasibətlərinə toxunub, eyni zamanda türkdilli xalqlar arasında olan mədəni əlaqələrdən bəhs edib. Hulusi Kılıç Fond tərəfindən Türk dünyasının maddi-mədəni irsinin tanıdılması istiqamətində keçirilən layihələri, görülən işləri yaxından izlədiyini vurğulayaraq, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Görüş tərəflər arasında fikir mübadiləsi ilə davam edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur