Hulusi Kılıç Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub
Xəbərlər
Hulusi Kılıç Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub
10 iyul 2021
17:20
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplımat Hulusi Kılıç təltif olunub. Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın binasında keçirilən Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi çərçivəsində plaketi tanınmış diplomata təqdim edib.
Fondun xatirə plaketi Hulusi Kılıçın türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə verilib.
Mərasimdə Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlər səsləndirilib, onun türk dünyasının birliyi istiqamətində siyasi, diplomatik, mədəni sahələrdə gördüyü önəmli işlərdən bəhs olunub.