Qırğızıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib
Xəbərlər
Qırğızıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib
10 noyabr 2021
18:53
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov 2 sentyabr 2018-ci il tarixində Bişkek şəhərində imzalanmış “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişiin və 28 noyabr 2020-ci ildə İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi üzv olan ölkələrin, o cümlədən Qırğızıstanın ödənişləri əsasında formalaşdırılacaq.
Saziş əsasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinin maliyyə mənbələrinin, həyata keçirdiyi tədbirlərni, layihə və proqramların dəstəklənməsi, türkdilli ölkələrin zəngin irsinin mühafizəsi, bərpası və təbliği üçün vəsaitin ayrılması, elmi-texniki məsələlərin həlli üçün yardım göstərilməsi və.s müddəalar müəyyən edilir.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaslarının dövlət başçılarının dəstəyi ilə yaradılmışdır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanmışdır. Təşkilatın mənzil- qərargahı Bakı şəhərində yerləşir.