Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri Ceyhun Bayramov ilə görüşüb
Xəbərlər
Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri Ceyhun Bayramov ilə görüşüb

18 yanvar 2021-ci il tarixində Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri: Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
Görüşdə Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.