Türkiyənin mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

Xəbərlər

Türkiyənin mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

07 oktyabr 2021 16:00
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və bir qrup nümayəndə heyəti ilə birgə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, onları yenidən Fondda görməkdən şad olduğunu bildirib. Günay Əfəndiyeva keçirilən görüşlərin əhəmiyyətindən bəhs edərək, Fond ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin türk dünyasının mədəni dəyərlərin təbliğinə mühüm töhfələr verəcəyini qeyd edib. O, Fondun qurucu üzv ölkəsi olan Türkiyənin qurumun fəaliyyətinə hər zaman böyük dəstək verən önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Bakıya səfəri çərçivəsində növbəti dəfə Fondu ziyarət etməsindən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, Türkiyə ilə təşkilat arasındakı güclü əməkdaşlıq əlaqələrinin mövcudluğunun əhəmiyyətindən söz açıb. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən layihələr haqqında məlumat verən nazir müavini türkdilli xalqların maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərən Fond ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Görüş Türkiyənin və bütövlükdə türk dünyasının mədəni dəyərlərinin təbliği ilə bağlı gələcək perspektivlərin müzakirəsi ilə davam edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur