Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 30-cu ildönümünü yad edir

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 30-cu ildönümünü yad edir

26 fevral 2022 17:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi Azərbaycan Respublikası Xocalı Soyqırımının 30-cu ildönümünü yad edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisi yalnız Azərbaycan və Türk Dünyası yox, ümumilikdə bütün dünya tarixinin ən dəhşətli və faciəli günlərindən birini yaşamışdır. Bəşəriyyətin qanlı və amansız soyqırımlarından biri kimi yaddaşlarda silinməz iz buraxan Xocalıda yüzlərlə günahsız insan erməni irqçiləri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı Soyqırımından 30 il keçməsinə baxmayaraq, bu vəhşiliyi törədənlər beynəlxalq hüquq qarşısında layiq olduqları cəzanı almayıblar. İnanırıq ki, dünya birliyi Xocalı soyqırımına düzgün qiyməti verəcək və ədalət bərpa olunacaqdır. 30 ildən sonra tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsiylə Qarabağda üçrəngli şanlı Azərbaycan bayrağının dalğalanması bütün Türk xalqları üçün böyük fəxarət mənbəyi olmaqla yanaşı, Şəhidlərin qanının yerdə qalmadığının ən qürurlu örnəklərindən biridir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xocalı qurbanlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir, Şəhidlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına başsağlığı verir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur