Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Rafal Poborski ilə görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Rafal Poborski ilə görüşüb

19 oktyabr 2022 11:11

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Görüşdə Türk Dünyasının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edilib. Görüşdə Günay Əfəndiyevanın Polşaya səfərlərindən, orada yaşayan Türk mənşəli xalqların, o cümlədən tatar və karaimlərin mədəni irsinin qorunması, tanıdılması istiqamətində Polşa ilə Fondun əməkdaşlıq əlaqələrindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilat tərəfindən görülən işlərin Avropada maraqla qarşılandığı vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsiylə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur