Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti konfransda iştirak edib
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti konfransda iştirak edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünə həsr olunan konfransda iştirak edib.
Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl qonaqlar Bakının erməni-bolşevik işğalından azad olunması ilə bağlı təşkil edilən sərgiyə baxış keçiriblər. Eyni zamanda Vətən uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.