Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mehmet Nuri Ersoy ilə görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mehmet Nuri Ersoy ilə görüşüb

06 aprel 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bursaya səfəri çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsinin təbliği və təşviqi istiqamətində təşkilatın fəaliyyətindən söz açıb. G.Əfəndiyeva Türk Əməkdaşlıq Təşkilatlarında sədrliyin Türkiyəyə keçməsi çərçivəsində Fondun qurucu üzv ölkəsi ilə iş birliyinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. Fondun prezidenti cari il üzrə nəzərdə tutulmuş planlar haqqında məlumat verərək, birgə layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

Türkiyənin mədəniyyət və turizm naziri

Mehmet Nuri Ersoy Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının qədim mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Nazir təşkilat ilə əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunaraq, nəzərdə tutulan məqsədyönlü layihələrə hərtərəfli dəstək göstərməyə hazır olduğunu ifadə edib.

Görüş gələcək perspektivlərin dəyərləndirilməsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur