Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Tomasz Miskievicz ilə görüşüb
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Tomasz Miskievicz ilə görüşüb
25 sentyabr 2022
11:11
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa Respublikasına işgüzar səfəri çərçivəsində orada yaşayan tatar icmasının rəhbəri, Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın, Türkiyənin, Macarıstanın Polşadakı səfirləri və Kazaxstanın Polşadakı səfir müavini, eləcə də tatar icmasının nümayəndələri iştirak edib.
Aparılan müzakirələrdə Polşada məskunlaşan türk kökənli etnik azlıqların - tatarların çoxəsrlik tarixinin və irsinin qorunmasının, eləcə də Avropa məkanında Türk mədəniyyətinin təbliği ilə bağlı birgə əməkdaşlığın vacibliyi qeyd olunub