Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib
5 oktyabr 2022-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək, kitabın cəmiyyət həyatındakı rolundan danışıb, Azərbaycanda kitaba verilən dəyəri yüksək qiymətləndiriblər. Sərgidə dövlət rəsmiləri, səfirlər, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun aktiv iştirak etdiyi VIII Bakı Beynəlxalq Kitab Sərgisində, təşkilatın Türk xalqlarının tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərin irsini əks etdirən müxtəlif ölkələrdə çap olunmuş kitabları nümayiş etdirilir. Sərgidə xarici ölkələr və beynəlxalq təşkilatlarla yanaşı, yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli qurumlar təmsil olunur.