Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatın prezidenti Tamaş Yojef Torman görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatın prezidenti Tamaş Yojef Torman görüşüb

28 sentyabr 2022 12:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Macarıstanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman görüşüb.

Görüşdə Günay Əfəndiyeva Tamaş Yojef Tormanı yeni səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Fondun ilə təşkilatın müşahidəçi ölkəsi Macarıstan arasında olan tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inandığını deyib. Günay Əfəndiyeva eyni zamanda təşkilatın fəaliyyətindən söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının qədim və zəngin maddi-mədəni irsinin öyrənilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib və gənc təşkilat olmasına baxmayaraq qısa zaman ərzində Fondun həyata keçirdiyi genişmiqyaslı layihələrə dəstək verəcəyini bildirib. Səfir eyni köklərdən gələn Macar və Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb.

Görüş birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur