Günay Əfəndiyeva Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə görüşüb

17 may 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.

Görüşdə Fondun qurucu üzv ölkəsi olan Azərbaycanla təşkilat arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və Türk Dünyasının mədəni birliyinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb. Tərəflər 2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinə toxunaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) adlı qlobal kampaniyaya Fondun öz töhvəsini verməyə davam edəcəyi bildirilib.

Həmçinin, Fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə üzv ölkələrin zəngin mədəniyyətinin, tarixinin araşdırılması və tanıdılması yönündə layihələrin daha da genişmiqyaslı şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur