Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib

14 oktyabr 2022 11:11

14 oktyabr 2022-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Fondun prezidenti 1992-ci ildən etibarən genişmiqyaslı fəaliyyətə başlayan Beynəlxalq Avrasiya Mətbuat Fondunu yaradılmasının 30 illiyi münasibətilə təbrik edib. Günay Əfəndiyeva çıxışında Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sülhlə bağlı aksiyaların keçirilməsi istiqamətində uğurlu işlərin aparıldığını qeyd edib. Günay Əfəndiyeva Fondun təsisçisi Umud Mirzəyevin rəhbərliyi ilə təşkilatın Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasını və beynəlxalq platformalarda təbliğini, xarici ölkələrlə, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələri, Azərbaycanın işğaldan azad olunmuş rayonlarında təşkil edilən tədbirləri xüsusi qiymətləndirib.

Tədbirdə rəsmilər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, səfirlər, Azərbaycan Milli Məclisinin deputatları, QHT təmsilçiləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur